Qalatasarayın yeni baş məşqçisi məlum oldu
Qalatasaray baş məşqçi Hamza Hamzaoğlunun istefasından sonra onu əvəz edəcək mütəxəssisi dərhal tapıb. Bütün Türkiyənin maraqla gözlədiyi yeni baş məşqçi Mustafa Dənizlidir. Artıq klub prezidenti Dursun Özbək mütəxəssislə görüşüb.

Bir neçə illik ayrılıqdan sonra tanınmış baş məşqçi yenidən doğma komandasına qayıdır. Ona baş məşqçilik təklifi bir müddət əvvəl edilmişdi. Lakin Mustafa Dənizli komandanın çalışdırıcısı olduğu halda bu cür danışıqların doğru olmadığını bildirmişdi. Bu günki istefadan sonra Dənizli razılığını verib.

Məlumata görə klub sabah rəsmən Mustafa Dənizlini baş məşqçi kimi elan edəcək.

Xəbər 668 dəfə oxundu.