Bədii gimnastika üzrə Bakı çempionatı və birinciliyinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Azərbaycan Gimnastika Federasiyası tərəfindən bədii gimnastika üzrə paytaxt çempionatı və birinciliyi keçirilib.

Bakı Olimpiya İdman Kompleksində təşkil olunan birincilikdə 2005-ci il təvəllüdlü idmançıların yarışında Elnarə Сabbarova, 2006-cı il təvəllüdlü gimnastların mübarizəsində isə Cahan Əsədova çoxnövçülükdə birinci olublar. 2007-ci il təvəllüdlü idmançıların mübarizəsində isə Leyla Dəmirova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yarışda yeniyetmələr arasında Dərya Farşbafşəhriyari, gənclərin mübarizəsində isə İlahə Məmmədova qızıl medal qazanıblar.

Balacaların və yeniyetmələrin qrup yarışlarında isə “Ocaq” klubu birinci olub.

Xəbər 689 dəfə oxundu.