“Xəzər-Lənkəran” futbol klubu xeyriyyə yarmarkasında iştirak edəcək
Dekabrın 1-dən 31-dək Bakının mərkəzində, Fəvvarələr Meydanında ənənəvi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçiriləcək.

Bu il “Xəzər-Lənkəran” futbol klubu da yarmarkada iştirak edəcək.

Bir ay ərzində “Xəzər-Lənkəran”a məxsus satış nöqtəsində komandanın azarkeşləri klubun fan-şopunun rəsmi məhsullarını endirimli qiymətlərlə əldə edə biləcəklər. Həmçinin azarkeşlər qeyd olunan müddətdə yarmarkanı ziyarət edəcək komanda üzvləri ilə görüşmək imkanı da qazanacaqlar.

Xəbər 653 dəfə oxundu.