“Bakı”: 6 matçda 6 məğlubiyyət
Türkiyədəki təlim-məşq toplanışını davam etdirən “Bakı”, bu gün növbəti yoxlama matçına çıxıb. İdman.com.az saytı xəbər verir ki, Aleksandr Starkovun rəhbərlik etdiyi komanda Slovakiyanın “Koşitse” klubu ilə üz-üzə gəlib. Qarşılaşmanın ilk yarısında tərəflər bir qol vurmağa nail olublar. Bizdən Elvin Məmmədov sevinib. Amma fasilədən sonra daha 2 top vuran rəqib, görüşü qələbə ilə bitirib (3:1).

Qeyd edək ki, “zolaqlılar” Antalyadakı ilk sınaq matçında Niderlandın çempionatının lideri “AZ Alkmaar” uduzmuşdu (1:5). Almaniyanın 1-ci liqa klubu “İngolstadt 04”-ə məğlub (0:4) olan paytaxtlılar, sonra Rumıniya "Panduri"sinə də yenilmişdi (0:1). Amma bu son məğlubiyyətlər olmayıb. Belarusun "Dinamo" (Minsk) və Ukraynanın “Arsenal” (Kiyev) komandaları da müvafiq olaraq, “Bakı”ya 3:2 və 2:1 hesabları ilə qalib gəlmişdi.

Xəbər 964 dəfə oxundu.