"İnter" bərabər oynadı
Antalya şəhərində təlim-məşq toplanışında olan "İnter" klubu, bu gün sonuncu sınaq matçına çıxıb. İdman.com.az saytı xəbər verir ki, "bankçılar" əvvəlcədən nəzərdə tutulduğu Bolqarıstan "Ludogorets" komandası ilə deyil, Qazaxısta "Jetısu" ilə görüşüb. Qarşılıqlı hücumlar şəraitində keçən matç qolsuz bitib (0:0).

Qeyd edək ki, paytaxt klubu Türkiyədəki ilk oyununda Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Karlsrue"yə uduzmuşdu (1:3). Albaniyanın “Skenderbeu”, eləcə də Ukraynaın “Volın” kolllektvləri ilə görüşlər heç-heçə başa çatmışdı (0:0). Türkiyənin aşağı divizion təmsilçisi “Konya Şəkərspor”a qalib gələn (3:2) "beynəlmilləçilər", eyni sevinci Avstriyanın “Sturm Graz” klubu ilə matçda yaşamışdı (2:1).

Xəbər 1139 dəfə oxundu.