Futbol üzrə Ukrayna yığması Avro-2016-nın finalına çıxıb
Ukraynanın futbol üzrə milli yığma komandası noyabrın 17-də sloveniyalı rəqibləri ilə heç-heçə (1:1) oynayaraq iki matçın yekununa görə 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının finalında iştirak etmək hüquq uğrunda pley-off raundunu uğurla başa vurub.

Oyun Sloveniyanın Maribora şəhərindəki “Lyudski vrt” stadionunda keçirilib.

Bu görüşdə hesabı sloveniyalılar açıb: on birinci dəqiqədə Tsezar ilk qol vurub. Əlavə vaxtın yeddinci dəqiqəsində isə Andrey Yarmolenko hesabı bərabərləşdirib.

Qeyd edək ki, görüşün 93-cü dəqiqəsində sloveniyalı Breçko oyundan kənarlaşdırılıb. Yeri gəlmişkən, türkiyəli arbitr Küneyt Çakır bu görüşü əla səviyyədə idarə edib.

Avro-2016 çempionatının finalına çıxmaq uğrunda Ukrayna və Sloveniya yığmaları arasında birinci pley-off matçı ukraynalıların xeyrinə 2:0 hesabı ilə başa çatmışdır.

Avro-2016-nın qrup raundunda püşkatma dekabrın 12-də Parisdə keçiriləcək.

AZƏRTAC

Xəbər 579 dəfə oxundu.