Futbol üzrə “Avro-2016”nın pley-off mərhələsi çərçivəsində iki cavab oyunu keçirilib
Noyabrın 17-də futbol üzrə “Avro-2016”nın seçmə mərhələsinin pley-off görüşləri çərçivəsində iki cavab oyunu keçirilib.

Sloveniya millisi Maribor şəhərində Ukrayna yığmasını qəbul edib. Türkiyəli baş hakim Cüneyt Çakırın idarə etdiyi matçda hesab 1-1 olub. Bu komandalar arasında keçirilən ilk görüşdə Ukrayna futbolçuları rəqib komandanın qapısından 2 cavabsız top keçirmişdi.

Danimarka yığması Kopenhagen şəhərində İsveç kollektivi ilə üz-üzə gəlib. Baş hakim Martin Atkinsonun (İngiltərə) idarə etdiyi qarşılaşmada hesab 2-2 olub. İki komanda arasında keçirilən ilk matçda İsveç 2:1 hesabı ilə üstün olmuşdu.

Beləliklə, Ukrayna və İsveç yığmaları Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Xəbər 642 dəfə oxundu.