Yozef Blatterin və Mişel Platininin uzun müddət fəaliyyətdən kənarlaşdırıla bilər
FİFA prezidenti Yozef Blatter və UEFA rəhbəri Mişel Platini korrupsiya və dələduzluq işi ilə bağlı uzun müddət fəaliyyətdən kənarlaşdırıla bilər.

Onların bu ittihamlar üzrə əməlləri sübuta yetirilərsə ali futbol qurumunun etika komitəsi tərəfindən 5 il müddətinə fəaliyyətlərindən məhrum ediləcəklər.

Dekabrın 25-də komitə məsələ ilə əlaqədar növbəti iclasını keçirəcək.

FİFA prezidentliyinə seçkilərin isə fevralın 26-da keçirilməsi nəzərdə tutulur.

Xəbər 651 dəfə oxundu.