Sambo üzrə dünya çempionatı başa çatıb
Mərakeşdə keçirilən sambo üzrə dünya çempionatı başa çatıb.Azərbaycan samboçuları vətənə 3 medalla dönüb.

Cavidan Qarayev (62 kq), Emil Həsənov (68 kq) və Amil Qasımov (74 kq) gümüş medal qazanıb. Komanda hesabında isə Azərbaycan idmançıları 4-cü yerlə kifayətləniblər.

Qeyd edək ki, artıq dünya çempionatı başa çatıb və samboçular bu gün vətənə qayıdıb.

Xəbər 1963 dəfə oxundu.