Bakı Olimpiya Stadionunda Azərbaycan-Moldova yoldaşlıq oyunu başlayıb
Bakı Olimpiya Stadionunda futbol üzrə Azərbaycan və Moldova milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu başlayıb.

Azərbaycan millisinin start heyətində Səlahət Ağayev, Maksim Medvedev, Bədəvi Hüseynov, Pavel Paşayev, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Rəhman Hacıyev, Əfran İsmayılov, Elvin Məmmədov və Ruslan Qurbanov yer alıblar.

Moldova yığmasının heyətində meydana İlie Çebanu, İqor Armaş, Katalin Karp, Viktor Qolovatenko, Vitaliy Bordiyan, İon Jardan, Aleksandr Dedov, Andrey Kojokar, Aleksandr Antonyuk, Aleksandr Onika və Maksim Patırnike çıxıblar.

Oyunu gürcüstanlı baş hakim Laşa Silaqava idarə edir. Baş hakimə həmyerliləri Zaza Pipiya və David Çiqoqidze kömək edirlər. Dördüncü hakim funksiyasını Rauf Cabbarov (Azərbaycan) yerinə yetirir.

Moldova yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 154-cü yeri tutur. Azərbaycan isə rəqibindən xeyli öndə - 115-ci pillədə qərarlaşıb.

Xəbər 2010 dəfə oxundu.