Azərbaycanın U-21 komandası Rusiya yığmasının qapısından üç cavabsız top keçirib
Noyabrın 17-də 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması növbəti oyununu keçirib.

Bayıl stadionunda Rusiya yığması ilə qarşılaşan komandamız qələbə qazanıb - 3:0.

Oyunda Kerem Benhke dubl edib, Elşən Abdullayev isə penalti zərbəsini dəqiq yerinə yetirib.

Xəbər 717 dəfə oxundu.