İlk gündə 5-ci yer
Bu gün Parisdə cüdoçular arasında “Böyük dəbilqə” turnirinə start verilib. İdman.com.az saytının məlumatına görə, London-2012-yə lisenziya xalları verən yarışın ilk günün tatamiyə 5 cüdoçumuz – İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) çıxıblar .

Təəssüf ki, startda onlardan heç biri mükafatçılar sırasına düşə bilməyiblər. Təmsilçilərimizdən ən yaxşı nəticəni İlqar göstərib. O, 5-ci yer tutub.
Qeyd edək ki, yığmamızın 3 cüdoçusu mübarizəyə sabah qoşulacaq. 150 min ABŞ dolları mükafat fondu olan yarışın qalibi 300 lisenziya xalı qazanacaq.

Xəbər 1129 dəfə oxundu.