Stiven Cerardın butsları Böyük Britaniyada hərraca çıxarılıb
İngiltərənin “Liverpul” futbol klubunda uzun müddət forma geymiş yarımmüdafiəçi Stiven Cerardın butsları Böyük Britaniyada hərraca çıxarılıb.

İngiltərə millisinin sabiq kapitanının butsları 40 min funt sterlinqə satılıb. Hərracdan əldə edilən vəsaitin hamısı qaçqınlara yardım üçün ayrılan hesaba köçürülüb.

S.Cerard “Liverpul”un heyətində keçirdiyi sonuncu matçlarda məhz həmin butsları geyinib.

Xəbər 671 dəfə oxundu.