Belçika-İspaniya futbol matçı terror təhlükəsi səbəbindən ləğv olunub
İspaniyanın futbol üzrə yığma komandası Belçika səfərindən vaxtından əvvəl geri dönüb. Noyabrın 17-nə nəzərdə tutulmuş Belçika-İspaniya yoldaşlıq görüşü üçün Brüsselə yollanmış komandaya ötən gecə oyunun baş tutmayacağı barədə məlumat verilib ki.

Belçika Daxili İşlər Nazirliyinin xəbərdarlığından sonra ölkənin Futbol Federasiyası terror təhlükəsinin yüksək olması səbəbindən bu görüşün keçirilməyəcəyini bəyan edib.

İspaniya komandası yerləşdiyi mehmanxanadan yüksək təhlükəsizlik tədbirləri görülərək çıxarılıb və hava limanına çatdırılıb.

AZƏRTAC

Xəbər 677 dəfə oxundu.