Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin 44-cü Baş Assambleyasında iştirak edəcək
Noyabrın 18-21-də Praqada Avropa Olimpiya Komitəsinin (AOK) 44-cü Baş Assambleyası keçiriləcək.

Assambleyada Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva və digər şəxslər iştirak edəcəklər.

MOK-un mətbuat xidmətindən bildiriblər ki, AOK-un İcraiyyə Komitəsinin üzvü olan Çingiz Hüseynzadə bu qurumun 4-cü iclasına da qatılacaq. Tədbirdə, həmçinin AOK-un İdmanda Qadın və Bərabərlik Komissiyasının üzvü olan Könül Nurullayevanın da iştirakı nəzərdə tutulub.

Baş Assambleyada 2016-cı il Rio-de-Janeyro Yay və 2020-ci il Pekin Qış Olimpiya oyunlarının Təşkilat komitələrinin hesabat məruzələri dinləniləcək. Habelə yeniyetmələr arasında 2016-cı il Lillehhammer Qış Olimpiya Oyunlarına hazırlıq məsələləri də müzakirə olunacaq. Bundan başqa, 2021-ci ildə keçiriləcək Avropa Yeniyetmələrinin Olimpiya Festivalına ev sahibliyinə namizəd ölkələrin siyahısı açıqlanacaq. Tədbirdə AOK-un 45-ci Baş Assambleyasının keçiriləcəyi ölkənin adı da elan ediləcək.

Xəbər 1546 dəfə oxundu.