Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib
Topaz Premyer Liqasının XII turunun “Qəbələ” – “İnter” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

I Divizionun IX turunun “Neftçala” – “Şəmkir” matçında “Neftçala” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyunun 74-cü dəqiqəsində “Neftçala” klubunun 4 №-li futbolçusu Ramazan Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Oyunun 90+1-ci dəqiqəsində “Şəmkir” klubunun 11 №-li futbolçusu İlham Allahverdiyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Oyunun 90+2-ci dəqiqəsində “Şəmkir” klubunun 6 №-li futbolçusu Rəhman Şabanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı zaman azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).

Oyun başa çatdıqdan sonra “Şəmkir” klubunun 7 №-li futbolçusu Bəhruz Teymurov hakimi təhqir etdiyinə görə futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).

Oyunun 74-cü dəqiqəsində “Neftçala” klubunun futbolçusuna göstərilən qırmızı vərəqədən sonra klubun baş məşqçisi Kamal Quliyev hakimə qarşı təhqir edici hərəkətə yol vermişdir. İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarı qəbul edir.

“Neftçala” klubun baş məşqçisi Kamal Quliyev hakimə qarşı təhqir edici hərəkət etdiyinə görə 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).

Xəbər 741 dəfə oxundu.