Çinin Qinqdao şəhərində cüdo üzrə Qran-pri yarışları keçiriləcək
Noyabrın 20-22-də Çinin Qinqdao şəhərində cüdo üzrə Qran-pri yarışları keçiriləcək. Azərbaycan millisinin baş məşqçisi Peter Zayzenbaher on bir idmançını yarışda sınaqdan keçirəcək.

Avstriyalı mütəxəssis yarışda Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhəqq Rəsullu, Hüseyn Rəhimli (hər ikisi 81 kq), Məhəmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanqi Kokauriyə (100 kq-dan yuxarı) şans verəcək.

Qeyd edək ki, turnirə 66 ölkədən 422 cüdoçu qatılacaq. Onların 270-i kişi, 152-si isə qadın atletdir.

Xəbər 848 dəfə oxundu.