Qadın həndbolçularımız oynamadan qalib gəldilər
Qadın həndbolçulardan ibarət milli komandamızın üzvləri Səbinə Babayeva, Sultanə Tağıyeva və Valentina Kulikovanın çıxış etdikləri «Samenalhojaj» klubu, dünən İran Super Liqasında növbəti dəfə sevinib. İdman.com.az saytının məlumatına görə, Səbzivar şəhərinin təmsilçisi XI turda qələbəni oynamadan qazanıb.

Belə ki, «Naft» klubu səfərə çıxmadığından, həmyerlilərimizin komandasına 10:0 hesabı ilə texniki qələbə verilib. Bu nəticədən sonra itkisiz irəliləməkdə davam edən «Samenalhojaj», 22 xalla Super Liqanın vahid lideridir.

Xəbər 847 dəfə oxundu.