U-21 Azərbaycan millisi bu gün Rusiya yığması ilə qarşılaşacaq
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması növbəti oyununu bu gün keçirəcək.

Yığmamız Bayıl stadionunda Rusiya komandası ilə qarşılaşacaq. Saat 17:00-da başlayacaq qarşılaşmanı idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:
Baş hakim: Eitan Shmuelevitz
Baş hakimin köməkçiləri: Nissan Davidy, Roy Hassan
Dördüncü hakim: Ziv Adler
(Hakimlər İsraildəndir)
UEFA nümayəndəsi: Sergiu Lisnic (Moldova)
Hakim-inspektor: Rusmir Mrkoviç (Bosniya və Herseqovina)

Xəbər 752 dəfə oxundu.