Azərbaycan şahmatçıları Türkiyə və Norveç yığmaları ilə qarşılaşacaqlar
İslandiyanın paytaxtı Reykyavikdə keçirilən şahmat üzrə komandalararası Avropa çempionatı davam edir.

İlk turda Sloveniya komandasına 3:1 hesabı ilə qalib gələn kişi şahmatçılardan ibarət Azərbaycan millisi ikinci turda da Danimarka yığmasını məğlub edib - 3,5:0,5. Üçüncü turda isə milli komandamız Ukrayna yığması ilə üz-üzə gəlib. Teymur Rəcəbov, Arkadiy Naydiç və Eltac Səfərli rəqibləri ilə sülh bağlayıb. Şəhriyar Məmmədyarov isə məğlub olub. Görüş 2,5:1,5 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Qadınlardan ibarət Azərbaycan yığması isə ilk tura qələbə ilə start verib. Belçika komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz üçüncü turda Latviya komandasına 1,5:2,5 hesabı ilə uduzublar.

Dördüncü turda kişilərdən ibarət komandamız Türkiyə, qadınlardan ibarət millimiz isə Norveç yığmasını sınağa çəkəcək.

Xatırladaq ki, çempionatda 36 kişi və 30 qadın komandası mübarizə aparır.

Yarış İsveçrə sistemi ilə 9 turdan ibarət olaraq keçirilir.

Xəbər 765 dəfə oxundu.