“Formula-1” yarışında iştirak edəcək könüllülərin yığımı dekabrda başlanacaq
Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-prisi yarışlarında marşalların və könüllülərin xüsusi rolu var. Onların cəlb olunması və təlimləri bizim üçün önəmlidir. Bakıdakı yarışda həm yerli, həm də xaricdən gələn könüllülərin və marşalların iştirakı gözlənilir.

Bu sözləri “Bakı Şəhər Halqası” şirkətinin marketinq və kommunikasiya departamentinin direktoru Nigar Arpadarai www.f-1.az saytına müsahibəsində deyib.

N.Arpadarai bildirib ki, könüllülük proqramına bu il dekabrın əvvəlində başlanacaq. Könüllü olmaq istəyən şəxslər saytımızda özləri haqqında məlumatları daxil edərək qeydiyyatdan keçə biləcəklər. Həmin şəxslər arasından könüllülər və marşallar seçiləcək. Noyabrın sonundan etibarən fəaliyyət göstərəcək saytımızda yeniliklərlə bağlı məlumatları izləmək də mümkün olacaq. Hazırda isə könüllü olmaq istəyən şəxslər volunteers@bakugp.az elektron ünvanına özləri haqqında məlumatlar - anket göndərmək imkanları əldə ediblər. Könüllü olmaq istəyən şəxslərin suallarına və iştirakla bağlı məktublara həmin elektron ünvan vasitəsilə cavab verilir.

Xəbər 686 dəfə oxundu.