Avropa çempionatının ikinci turu üçün püşkatma keçirilib
İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə Avropa komanda çempionatının ikinci turu üçün püşkatma keçirilib. Püşkatmanın yekunlarına əsasən Azərbaycanın kişilərdən ibarət yığma komandasının rəqibi Danimarka şahmatçıları, qadınlardan ibarət Azərbaycan yığmasının rəqibi isə İtaliya komandası olacaq.

İkinci turun oyunları bu gün Bakı vaxtı ilə saat 18-də başlanacaq.

Xatırladaq ki, Avropa birinciliyində kişilərdən ibarət 36 komanda və qadınlardan ibarət 30 komanda iştirak edir. Yarışlar 9 turdan ibarət olmaqla İsveçrə sistemi üzrə keçirilir.

Xəbər 683 dəfə oxundu.