Şahmat üzrə Avropa Komanda çempionatı başlayıb
İslandiyanın paytaxtında kişilər və qadınlar arasında şahmat üzrə Avropa Komanda çempionatı başlayıb.

Mükafata layiq yerlər uğrunda 35 yığma, o cümlədən Azərbaycan yığmaları mübarizə aparırlar.

Avropanın kişilər arasında hazırkı çempionu Azərbaycan komandası, qadınlar arasında isə Ukrayna yığmasıdır.

Azərbaycanın kişilərdən ibarət yığması start turnirdə Sloveniya komandasını 3:1 hesabı ilə udub. Eltac Səfərli və Arkadi Naydiç öz görüşlərində qələbə qazanıblar. Rauf Məmmədov və Teymur Rəcəbov heç-heçə oynayıblar.

Azərbaycanın qadın yığması isə Belçika komandası ilə görüşüb. Bu matç heç-heçə başa çatıb. Nərmin Kazımova və Ülviyyə Fətəliyeva qalib gəliblər, Zeynəb Məmmədyarova və Gülnar Məmmədova isə uduzublar.

Xəbər 859 dəfə oxundu.