Stadionda bilet satışı başlayıb
Xəbər verdiyimiz kimi, noyabrın 17-də Bakıda Azərbaycan və Moldova milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Bu gündən etibarən oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda da bilet satışı başlayıb.

Biletləri həmçinin 28 Mall Alış-Veriş Mərkəzindən, Bakcell Sahil müştəri xidmətlərindən və “Bakcell Arena”nın kassalarından, eləcə də www.tickets.affa.az ünvanından əldə etmək olar.VIP sektorlara biletlərin qiyməti 10 AZN, digər yerlərə isə 1 AZN-dir.

Xəbər 672 dəfə oxundu.