“Jabanın gedişi hər 2 tərəf üçün müsbət addım oldu”
“Bakı” klubunun baş məşqçisi Aleksandr Starkov komandanın aparıcı hücumçularından olan Jabanın gedişinə münasibətini açıqlayıb. İdman.com.az saytı xəbər verir ki, azerisport.az-a müsahibəsində latviyalı mütəxəssis braziliyalı forvardın Türkiyənin “Antalyaspor” klubuna keçidini belə dəyərləndirib:

“Jaba “Antalyaspor”dan yaxşı təklif aldı. Nəticədə “Bakı” rəhbərliyi ilə danışıb, getməyə qərar verdi. Biz onunla yaxşı ayrıldıq. Düzünü deyim, mən onun gedişinin əleyhinə deyildim. Bu, həm onun, həm də komandamız üçün müsbət addım oldu”.

Xəbər 884 dəfə oxundu.