Kamran Ağayev: Moldova ilə matç bizim üçün önəmlidir
Yoldaşlıq oyunu olsa da, Moldova ilə matça adi gözlə baxmırıq. Bizim üçün önəmli görüşdür.

Bu sözləri futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev deyib.

Qolkiper bildirib ki, 2-3 gündür millinin toplanışındayıq. Heyətdə kimlərin olmasının fərqi yoxdur. Yenə həmin əhval-ruhiyyədəyik. Motivasiyamız aşağı deyil. Qarşıdakı oyunda da əlimizdən gələni edəcəyik.

Futbolçu deyib: “Hansı vəziyyətdə olduğumuz bu qarşılaşmada bəlli olacaq. Bütün uşaqlar əllərindən gələni etməlidirlər. Ümumiyyətlə, millinin hər bir oyununda öz gücünü ortaya qoymalısan. Çünki hər bir oyun reytinqə təsir edir”.

Qeyd edək ki, Azərbaycan–Moldova yoldaşlıq oyunu noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər 694 dəfə oxundu.