Robert Prosineçki: Məqsədimiz gözəl oynayıb yaxşı nəticə əldə etməkdir
Qarşıdakı matç yoldaşlıq oyunu olmasına baxmayaraq, bizim üçün çox vacibdir. Fikrimcə, yoldaşlıq qarşılaşması amili mövcud deyil. Qalib gəlmək istəyirik. Bu səbəbdən komandamızı qələbəyə kökləmişəm. Məqsəd gözəl oynayıb yaxşı nəticə əldə etməkdir.

Bu fikirləri futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Robert Prosineçki noyabrın 17-də keçiriləcək Moldova ilə oyundan əvvəl jurnalistlər üçün təşkil olunmuş brifinqdə deyib.

Heyətdə bir neçə futbolçunun zədəli olduğunu vurğulayan xorvatiyalı mütəxəssis bildirib: “Millinin düşərgəsində bir neçə zədəli futbolçu var. Bu səbəbdən Moldova yığması ilə yoldaşlıq görüşündə oyununa bələd olmadığım futbolçuları sınaqdan keçırmək fikrindəyəm. Bu, həm də onlar üçün bir şansdır”.

Xəbər 727 dəfə oxundu.