Sambo üzrə dünya çempionatı başlayıb
Noyabrın 13-də Mərakeşdə sambo üzrə dünya çempionatı başlayıb.

Mundialda ölkəmizi 8 idmançı təmsil edir.

Baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında Nəsimi Umbayev, Mehman Xəlilov, Cavidan Qarayev, Emil Həsənov, Amil Qasımov və Nazir Əlisultanov mükafatlar uğrunda mübarizə aparırlar.

Daha iki idmançımız – Fərid Yusifov və Nizami Məmmədov isə döyüş sambosu yarışlarında iştirak edəcək.

Çempionata noyabrın 15-də yekun vurulacaq

Xəbər 1726 dəfə oxundu.