Kikboksçularımız Hollandiyada beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar
Azərbaycan kikboksçuları Xəyal Əhmədov (81 kq) və Nicat Nəcəfzadə (51 kq) noyabrın 28-də Hollandiyanın Eindhoven şəhərində keçiriləcək K-1 versiyası üzrə beynəlxalq turnirdə iştirak edəcəklər.

İdmançılara rəhbərlik edəcək “Caspian” kikboksinq klubunun direktoru Aydın Nəcəfzadənin sözlərinə görə, təmsilçilərimiz peşəkar kikboksinq üzrə reytinq döyüşlərində mübarizə aparacaqlar.

On beşə yaxın ölkədən idmançıların iştirak edəcəyin beynəlxalq turnirin təşkilatçısı “A1 World Combat Cup”dır.

Xəbər 957 dəfə oxundu.