Yarışın ilk günündə altı Azərbaycan cüdoçusu tatami üzərinə çıxıb
Bratislavada gənclər arasında cüdo üzrə Avropa çempionatı keçirilir.

Cüdoçumuz Davud Məmmədov (60 kq) ilk görüşdə kiprli İrodotos Kelpisi məğlub edib. Növbəti mərhələdə onun rəqibi rusiyalı Savva Karakizidi olacaq.

Rəşad Rufullayev (66 kq) start döyüşünü zəfərlə tamamlayaraq ispaniyalı rəqibi Daniel Peresdən üstün olub. O, növbəti görüşünü Polşa təmsilçisi Mixal Bartusikə qarşı keçirəcək.

Daha bir qələbəni qadın təmsilçimiz Səkinə Zairova (57 kq) qazanıb. Birinci döyüşdə ev sahibi cüdoçu Maqdalen Muzikovaya qalib gələn həmyerlimiz növbəti mərhələdə Sloveniya idmançısı Manya Kropfla üz-üzə gələcək.

Xəbər 887 dəfə oxundu.