Qazax Olimpiya İdman Kompleksi
Yaradılış tarixi: 30 may, 2007-ci il

Ərazi: 15.5 hektar

Qazax Olimpiya İdman Kompleksi 30 may 2007-ci ildən fəaliyyət göstərir.

Kompleksin ərazisi 15.5 hektardır. Kompleksdə 1010 nəfər tamaşaçı tutumu olan universal zal, üzgüçülük hovuzu, güləş zalları, boks zalı, ağır atletika zalı, fitnes zalı, 130 yerlik akt zalı mövcuddur.

Bunlardan əlavə kompleksdə 80 nəfərlik yeməkxana, 252 nəfər tamaşaçı tutumu olan futbol stadionu, minifutbol meydançası, basketbol meydançası, tennis kortu və voleybol meydançası da mövcuddur.

Qazax Olimpiya İdman Kompleksinin ərazisində 20 otaqlı 36 yataq yeri olan mehmanxana və 6 ədəd iki mərtəbə 10 ədəd bir mərtəbə olmaqla 48 nəfərlik kotteclər də vardır.

Ünvan: Qazax rayonu, Xanlıqlar kəndi

İndeks: AZ 3500

Şəhər: Qazax

Telefon: 070-295-54-00

Faks: (+99422) 29-5-54-74

E-mail: idmankompleksi@gmail.com

Xəbər 11360 dəfə oxundu.