Bədii gimnastika üzrə 22-ci Bakı çempionatı keçirilir
Noyabrın 13-də Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 22-ci paytaxt çempionatı və birinciliyi başlayıb.

Yarışda Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Ocaq”, ”Neftçi”, “Spartak”, “Start” klubları, həmçinin “Sərhədçi” İdman Olimpiya Kompleksini təmsil edən 110 gimnast iştirak edir.

Yarışın ilk günü 2005-2007-ci il təvəllüdlü gimnastlar fərdi proqram üzrə çıxış edirlər.

Günün sonunda onlar çoxnövçülük üzrə mükafatçıları müəyyən edəcəklər (alətsiz, ip, halqa və top).

Xəbər 762 dəfə oxundu.