"İnter" yoxlama oyunu keçirəcək
"İnter" komandası noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Moldova beynəlxalq yoldaşlıq oyununu ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edərək, yoxlama matçına hazırlaşır.

İnter Arena stadionunda baş tutacaq yoldaşlıq matçında komandamızın rəqibi "Zirə" komandası olacaq.

Oyun noyabrın 15-də saat 16.00-da başlayacaq.

Xəbər 691 dəfə oxundu.