Azərbaycan yığması növbəti oyununu bu gün keçirəcək
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması növbəti oyununu bu gün keçirəcək.

Yığmamız Reqensburq şəhərindəki “Continental Arena”da Almaniya komandası ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq qarşılaşmanı adları aşağıda göstərilmiş hakimlər idarə edəcək:

Baş hakim: Tsvetan Krastev
Baş hakimin köməkçiləri: İvan Valchev, Krum Stoilov
Dördüncü hakim: Stanislav Todorov
(Hakimlər Bolqarıstandandır)
UEFA nümayəndəsi: Gudmundur Petursson (İslandiya)
Hakim-inspektor: John Ferry (Şimali İrlandiya)

Xəbər 710 dəfə oxundu.