Sərxan Hacıyev UEFA tərəfində yeni təyinat alıb
AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən yeni təyinat alıb.
UEFA Gənclər Liqasının qrup mərhələsində noyabrın 25-də, Moskva şəhərindəki “Oktyabr” stadionunda keçiriləcək ÇSKA (Rusiya) – “Volfsburq” (Almaniya) oyununun UEFA nümayəndəsi Sərxan Hacıyev olacaq.

Xəbər 878 dəfə oxundu.