"Avro-2016": Macarıstan qalib gəlib
Noyabrın 12-də futbol üzrə "Avro-2016"nın play-off mərhələsinin ilk oyunu keçirilib.

Milli komandamızın mübarizə apardığı "H" qrupundan yaxşı tanıdığımız Norveç millisi Oslodakı "Ullavaal" stadionunda Macarıstan futbolçularını qəbul edib.

İngiltərəli baş hakim Mark Klattenburqun idarə etdiyi oyunda Macarıstan komandası 0:1 hesabı ilə qalib gəlib.

Komandalar arasında cavab oyunu noyabrın 16-da Macarıstanda təşkil olunacaq.

Xəbər 741 dəfə oxundu.