Azərbaycan şahmatçısı beynəlxalq turnirin cədvəlinə başçılıq edir
Bakıda “Gənclik” şahmat klubunun 5 iliyinə həsr edilən XIII uşaq beynəlxalq turnirinin 6-cı turu keçirilib.

Turnirdə 8 ölkədən, o cümlədən Azərbaycan, Rusiya, ABŞ, Hindistan, Gürcüstan, Fransa, Ukrayna və Litvadan 40 şahmatçı iştirak edir.

Altı turdan sonra cədvələ əvvəlki kimi Azərbaycan təmsilçisi Andrey Mustafin başçılıq edir. O, 5 mümkün xaldan 4,5 xal toplayıb. Məhəmməd İsmayılov və gürcü şahmatçı Levan Babuxadiya liderdən 1 xal geri qalırlar.
Turnir 7 turdan ibarət olmaqla İsveçrə sistemi üzrə keçirilir.

Turnirin sponsorları “McDonalds” və “Bakcell” şirkətləridir. “Bestkom” və “Canon” şirkətləri isə yarışların qaliblərinə və mükafata layiq yerləri tutmuş digər idmançılara verilmək üçün mükafatlar və hədiyyələr təqdim edəcəklər.

Beynəlxalq turnirin qalibləri noyabrın 13-də müəyyən ediləcək.

Xəbər 579 dəfə oxundu.