“Bavariya” Müllerin maaşını artırır
Münxenin “Bavariya” futbol klubunun rəhbərliyi yarımmüdafiəçi Tomas Müller ilə yeni müqavilə bağlamağı planlaşdırır.

Yeni sövdələşmədə xüsusi ilə 26 yaşlı alman futbolçunun əmək haqqının artırılması nəzərdə tutulub. Müqavilə 2019-cu ilədək qüvvədə olacaq.

Qeyd edək ki, Müller “Bundesliqa”nın carı mövsümündə keçirdiyi 12 oyundan 11-də fərqlənib və iki məhsuldar ötürmə ilə də yadda qalıb.

Xəbər 682 dəfə oxundu.