Cüdo üzrə gənclər arasında Avropa birinciliyi keçiriləcək
Noyabr ayının 13-dən 15-dək Slovakiyanın Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa birinciliyi keçiriləcək. Bu mötəbər yarışda Azərbaycan cüdoçuları da mübarizə aparacaq.

Qitə birinciliyində ölkəmizi məşqçilər Elçin İsmayılov və Rəşad Məmmədovun rəhbərliyi altında 10 idmançı təmsil edəcək. Bunlar Rəşad Rufullayev (66 kq), Telman Vəliyev (66 kq), Cəlil Şükürov (100 kq), Hidayət Heydərov (73 kq), Rüfət Tağızadə (60 kq), Davud Məmmədov (60 kq), Rirudin Dadaşov (90 kq), Zelym Kotsoiev (90 kq), Səkinə Zairova (57 kq) və Leyla Əliyevadır (48 kq).

Xəbər 798 dəfə oxundu.