"Bakı"nın son rəqibi Slovakiya klubu olacaq
Antalyada təlim-məşq toplantısını yekunlaşdırmaqda olan "Bakı" klubu, bu gün son yoldaşlıq oyununa çıxacaq. İdman.com.az saytının xəbərinə görə, paytaxt təmsilçisi "Koşitse" komandası ilə görüşəcək. Adı çəkilən kollektiv Slovakiyanın köklü klublarından biri sayılır. 1951-ci ildə əsası qoyulan "Koşitse" 2 dəfə ölkə çempionu, 4 dəfə isə milli kubok uğrunda yarışların qalibi olub.

Xəbər 923 dəfə oxundu.