“Neftçi İdman Klubu”nun cüdoçuları yarışda 11 medal qazanıblar
Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə açıq paytaxt birinciliyinə yekun vurulub.

“Neftçi İdman Klubu”nun yeniyetmə cüdoçuları yarışda 4 qızıl, 1 gümüş və 6 bürünc medal qazanıblar.

Oğlanlar yarışında İbrahim Əliyev (60 kq), Arif Qasımov (81 kq) və Əliqismət Nuriyev (90 kq) bütün görüşləri qələbə ilə başa vuraraq qalib adını qazanıblar. Zərif cinsin nümayəndələrindən isə Şərqiyyə Heydərova (44 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xəbər 679 dəfə oxundu.