“Azəryol” voleybol komandası Finlandiyanın “Salo” klubu ilə qarşılaşacaq
Bakının qadınlardan ibarət “Azəryol” klubunun Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının səkkizdəbir final mərhələsindəki rəqibi müəyyənləşib.

Turnirin onaltıdabir final mərhələsində Rumıniyanın “Tarqoviste” komandasından üstün olan Bakı təmsilçisi Finlandiyanın “Salo” klubu ilə qarşılaşacaq.

Bu mərhələnin ilk oyunlarının dekabrın 8-10-da keçirilməsi planlaşdırılır.

Qeyd edə ki, “Salo” İsrailin “Hayfa” komandasını yarışdan kənarlaşdıraraq növbəti mərhələyə adlayıb.

Xəbər 615 dəfə oxundu.