Azərbaycanlı şahmatçı XIII beynəlxalq uşaq turnirində liderlik edir
“Sapphire Plaza” biznes mərkəzində “Gənclik” şahmat klubunun 5 illiyinə həsr edilən XIII beynəlxalq uşaq turniri keçirilir.

Turnirdə 8 ölkədən, o cümlədən Azərbaycan, Rusiya, ABŞ, Hindistan, Gürcüstan, Fransa, Ukrayna və Litvadan 40 şahmatçı iştirak edir.

Beş turdan sonra yeganə lider müəyyənləşib. Bu, Azərbaycan təmsilçisi Andrey Mustafindir. O, mümkün olan 5 xaldan 4,5-ni toplayıb. Altay Eynullayev və Məhəmməd İsmayılov liderdən 0,5 xal, dörd şahmatçı isə 1 xal geri qalır.

“Gənclik” klubunun direktoru, Azərbaycanın Əməkdar Məşqçisi Gennadi Gelman bildirib ki, turnir İsveçrə sistemi üzrə keçirilir və 7 turdan ibarət olacaq.

Turnirin sponsorları “McDonalds” və “Bakcell” şirkətləridir. “Bestkom” və “Canon” şirkətləri isə yarışın qaliblərinə və mükafat yerlərini tutan idmançılara veriləcək mükafat və hədiyyələri təqdim edəcək.

Beynəlxalq turnir noyabrın 13-dək davam edəcək.

Xəbər 734 dəfə oxundu.