Moldova millisinin Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb
Moldova yığmasının Azərbaycan millisi ilə yoldaşlıq görüşü üçün yekun heyəti açıqlanıb. Moldovalılar ölkəmizə 19 futbolçu ilə gələcək.

Baş məşqçi Ştefan Stoyka bir neçə gün əvvəl açıqladığı 24 futbolçudan ibarət siyahıdan 5 oyunçunu kənarlaşdırıb. Bunlar müdafiəçi Vadim Boloxan (“Milsami”), yarımmüdafiəçilər Vadim Ratsa (“Zarya”), hücumçular Nikolay Milinçanu (“Petrolul”, Rumıniya), Radu Qınsar (“Şerif”) və Georgi Boqyudu (“Zarya”).

Sonuncu Azərbaycan futboluna yaxşı tanışdı. Belə ki, “Zarya”nın hücumçusu 2011/12 mövsümündə ölkəmizdə AZAL klubunun formasını geyinib. Lakin ona yenidən ölkəmizə gəlmək nəsib olmayacaq.

Qapıçılar: İlie Çebanu (“Mordovya”, Rusiya), Aleksey Koşelev (“Şerif”), Artyom Qaydukeviç (“Daçiya”)

Müdafiəçilər: İqor Armaş (“Kuban”, Rusiya), Viktor Qolovatenko (“Sibir”, Rusiya), Ketelin Karp (“Styaua”, Rumıniya), Vitali Bordiyan (“Helios”, Ukrayna), Ştefan Burqiyu, Yon Jardan (hər ikisi “Zimbru”), Simeon Bulqaru (“Daçiya”), Maksim Potırnike (“Şerif”)

Yarımmüdafiəçilər: Aleksandr Dedov (“Tırqu-Mureş”, Rumıniya), Aleksandr Antonyuk, Andrey Kojokar (hər ikisi “Milsami”), Yevgeni Koçuk (“Daçiya”), Aleksandr Vremya (“Zimbru”), Aleksandr Onika ( “Zarya”)

Hücumçular: Vadim Ambros (“Petrokub-Xınçeşti”), Sergey İstrati (“Saksan”)

Qeyd edək ki, Azərbaycan – Moldova oyunu noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər 715 dəfə oxundu.