“Zirə”nin futbolçusu Meksika yığması ilə oyunda meydana çıxa bilər
“Zirə” futbol klubunun hücumçusu Nelson Bonilla Salvador yığmasına dəvət olunub.

Salvador yığması dünya çempionatının seçmə mərhələsi çərçivəsində Meksika millisi ilə qarşılaşacaq. “Zirə”nin forvardı Salvador yığması ilə oyunun hazırlığını davam etdirir.

Qeyd edək ki, Meksika – Salvador oyunu noyabrın 14-də Mexikodakı 105 min azarkeş tutumuna malik “Azteka” stadionunda keçiriləcək.

Xəbər 721 dəfə oxundu.