İsrail parlamentində yığma komandanın Avropa çempionatına getməməsindən narazıdırlar
Knessetdə “Bizim evimiz İsrail” partiyasından deputat Oded Forer idman naziri Miri Reqevə təcili məktub ünvanlayıb.

Sənəddə söhbət İsrail komandasının iki gündən sonra Reykyavikdə başlayacaq Avropa çempionatında iştirak etməməsindən gedir. Komanda turnirə getmir, lakin onun lideri Boris Qelfand bir neçə gün başda Maqnus Karlsen olmaqla Norveç yığmasını hazırlayıb.

Müraciətdə qeyd edilir ki, şahmatçılar yarışa İdman Nazirliyinin maliyyələşdirməni gecikdirməsi səbəbindən gedə bilmirlər. O.Forerin məlumatına görə, idarə İsrailin Şahmat Federasiyasına 250 min şekel yönəltməlidir.

Parlamentari vəziyyəti “absurd” və ölkənin boykota qarşı milyonlarla şekel sərf etdiyi bir vaxtda İsraili gülünc duruma salan hal kimi qiymətləndiriblər. “Bizim evimiz İsrail” partiyasının lideri Aviqdor Liberman da bu münasibətlə fikrini bildirib və naziri ölkə üçün əhəmiyyətli olan idman növünə diqqət yetirməməkdə ittiham edib.

Siyasətçi deyib: “Reqev təkcə idmançılara deyil, İsrailin imicinə də zərbə vurur”.

Xəbər 649 dəfə oxundu.