"Beynəlmiləlçilər" Bolqarıstan klubuna qarşı
Türkiyədə təlim-məşq toplanışını keçirən "İnter" hazırlıqlarını davam etdirir. İdman.com.az saytının xəbərinə görə, “bankçılar” bu gün növbəti yoxlama matçında qüvvəsini sınayacaq. Rəqib Bolqarıstanın "Ludqorets" klubu olacaq. Matç yerli vaxtla saat 19:00-da başlayacaq.

Xəbər 1036 dəfə oxundu.