Gənc güləşçilər Vladiqafqazda qüvvələrini sınayacaqlar
12-14 noyabr 2015-ci il tarixlərdə Rusiya Federasiyasının Vladikavkaz şəhərində əməkdar idman ustası Yuriy Qusovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında (1995-1997-ci il təvəllüdlü) beynəlxalq turnir keçiriləcək.

Sərbəst güləş üzrə ölkə yığma komandasının üzvləri məşqçi Siracuddin Eldarovun rəhbərliyi altında turnirdə iştirak edəcək. Heyətdə Əliabbas Rzazadə (50 kq), Qadisa Qeriya (60 kq), Orxan Abbasov, Kamil Hüseynov (hər ikisi 66 kq), İsmayıl Abdullayev (74 kq), Murad Xalıqov, Axra Cergeniya (hər ikisi 84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi Murad Əliyev təmsil edəcək.

Xəbər 659 dəfə oxundu.