​Dünya çempionatında Azərbaycanı 8 samboçu təmsil edəcək
Noyabrın 12-də Mərakeşin Kasablanka şəhərində start götürəcək sambo üzrə dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. Mundialda baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında 8 idmançı qüvvəsini sınayacaq.

Afrikada Nəsimi Umbayev (52 kq), Mehman Xəlilov (57 kq), Cavidan Qarayev (62 kq), Emil Həsənov (68 kq), Ami Qasımov (74 kq), Nazir Əlisultanov (90 kq), Nizami Məmmədov (100 kq) və Fərid Yusifov (57 kq) çıxış edəcək. Bunlardan A.Qasımov "Bakı 2015" I Avropa Oyunlarında gümüş medal qazanıb.

Qeyd edək ki, dünya çempionatına noyabrın 16-da yekun vurulacaq.

Xəbər 1618 dəfə oxundu.