Türkiyə superliqası: “Beşiktaş” liderliyini qoruyur
Türkiyə superliqasında 11-ci turun son oyun günündə üç qarşılaşmadan ikisi liderlərin iştirakı ilə keçirilib.

“Fənərbaxça” öz meydançasında “Konyaspor”a qalib gəlib – 1:0. “Beşiktaş” isə səfər oyununda “Bursaspor”u məğlub edərək liderliyini qoruya bilib.

Hazırda “Beşiktaş” 26 xalla birinci, “Fənərbaxça” isə 24 xalla ikinci yeri tutur.

Bu turda superliqanın favoritlərindən biri olan “Qalatasaray” xalsız qalıb. Onun səfərdə keçirdiyi oyunda vurduğu 3 qola “Rizespor” 4 qolla cavab verib. Bu mövsümdə ikinci məğlubiyyətin acısını dadan “Qalatasaray” 11 oyundan 21 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər 631 dəfə oxundu.